Rayonda turizm və kurort biznesi yaradılır
Daşkəsənin əhəmiyyətli hissəsinin köçürülməsi planlaşdırılır. Rayondan daxil olan məlumata görə, köçürülmə orada turizmin və kurort biznesinin yaradılması ilə bağlıdır.
Daşkəsənin böyük bir ərazisi turizm və kurort biznesi üçün əlverişlidir. Bu isə minlərlə təsərrüfatın başqa ərazilərə köçürüləcəyi deməkdir. Bildirilir ki, Daşkəsənin turizm üçün əlverişli olan hissələri ya rayonun özündə başqa bir əraziyə, ya da Gəncəbəsar zonasındakı digər rayonlara köçürüləcək.
Məlumata görə, bu layihə Ilham Əliyevin şəxsi mühafizə xidmətinin rəhbəri general Bəylər Əyyubova tapşırılıb. Qeyd edək ki, Daşkəsənin icra başçısı Əhəd Abıyev də generala yaxın şəxsdir.
Informasiya şöbəsi