«Human Rights Watch» da «Amnesty International» kimi hesabatını Bakıda təqdim edəcək
“Amnesty International”nın ardınca Azərbaycana indi də “Human Rights Watch” beynəlxalq insan haqları təşkilatının nümayəndələri gəlir. Bu barədə hüquq müdafiəçisi Eynulla Fətullayev məlumat verib.
Onun sözlərinə görə, qurumun sədr müavini, Avropa və Asiya proqramları direktoru Karroll Bogertin rəhbərlik etdiyi heyətin səfəri dekabrın ilk ongünlüyünə planlaşdırılıb. “Amnesty International”ın təcrübəsindən çıxış edən “Human Rights Watch” da Azərbaycanla bağlı hesabatını Bakıda təqdim edəcək. Budəfəki hesabat əsasən Azərbaycanda mülkiyyət hüquqlarının kütləvi şəkildə pozulmasına həsr olunub. “Qış bulvar”ı ilə əlaqədar hüquqları pozulan, evləri əllərindən alınan və kompensasiyasız qalan Azərbaycan vətəndaşları sənədin əsas subyektləridir. Bununla yanaşı, sənədə Zülfüqarlı qarlaşlarının işi, Fərhad və Rafiq Əliyevlərin məsələsinin daxil ediləcəyi gözlənilir.
Gültəkin