Bakı bahalığa görə 214 şəhər arasında 48-ci yerdədir

“Mercer Human Resource Consulting” beynəlxalq konsaltinq şirkəti dünyanın ən bahalı şəhərlərinin reytinqini açıqlayıb. “Media forum” saytı xəbər verir ki, 214 şəhər arasında Bakı 48-ci yerdədir.
Reytinq cədvəlini hazırlayan tədqiqatçılar 200 növ məhsul və xidmət növünün qiymətini nəzərə alıblar. Etalon kimi ABŞ-ın ən bahalı şəhəri olan Nyu-Yorkdakı mal və xidmətlərin dəyəri götürülüb.
Hesablamaya görə, dünyanın ən bahalı şəhəri Luanda (Anqola), ən ucuz şəhəri isə Karaçidir (Pakistan).
Bahalığa görə ilk beşlikdə sonrakı yerləri Tokio (Yaponiya), Ncamena (Çad), Moskva (Rusiya), Cenevrə (İsveçrə) tutur.
Dünyanın ən bahalı şəhərləri siyahısında 70-ci yerdə Türkiyənin İstanbul şəhəri göstərilib. Tehran (İran) 130-cu, Yerevan (Ermənistan) 167-ci, Tbilisi (Gürcüstan) 191-ci yerdədir.