Beynəlxalq Mətbuat İnstitutundan Rafiq Tağı ilə bağlı bəyanat

Beynəlxalq Mətbuat İnstitutu (BMİ) yazıçı-jurnalist Rafiq Tağının qətlə yetirilməsini pisləyib. BMİ-nin Azərbaycan Milli Komitəsinin rəhbəri Umud Rəhimoğlunun sözlərinə görə, qurumun mətbuat azadlığı üzrə meneceri Antoni Milz Rafiq Tağının yazılarına görə qətlə yetirildiyini düşündüyünü, amma bunun arxasında konkret İranın dayanması ilə bağlı hər hansı bir fakta malik olmadıqlarını deyib: “Biz bu qətli qətiyyətlə pisləyirik. Hələlik bu qətlin arxasında kimin durduğunu bilmirik, əlimizdə bununla bağlı konkret fakt yoxdur. Azərbaycan hakimiyyətini tezliklə bu cinayətin iştirakçılarının tapılması üçün bütün mümkün addımları atmağa çağırırıq.

BMİ Azərbaycanda jurnalistlərə qarşı törədilən cinayət faktlarının açılmamasından, cinayətkarların cəzalanmamasından çox narahatdır. Çünki cəzasızıq şəraiti jurnalistlərə qarşı təhlükəni daha da artırır”.