Ərəb Dövlətləri Suriyaya sanksiyalar tətbiq edir

Ərəb Dövlətləri Liqası Suriyaya qarşı sanksiyalar tətbiq edir. Qətərin xarici işlər naziri Hamad bin Yassim Qahirədə keçirdiyi mətbuat konfransında təşkilata daxil olan 22 ölkədən 19-nun sanksiyaları dəstəklədiyini bildirib. Söhbət ilk növbədə Suriya ilə iqtisadi layihələrin dayandırılması və bu ölkənin xarici banklardakı aktivlərinin dondurulmasından gedir.

Dəməşq bu addımı satqınlıq kimi qiymətləndirib.