Elm adamları 100 faiz saf suyun mənfi 48 dərəcədə donduğunu müəyyənləşdirib. Nəticələri “Nature” jurnalında dərc olunan araşdırmanı reallaşdıran fizik-alimlər Valeria Molinero və həmkarı Emili More xüsusi kompüter proqramının köməyilə su molekullarının mənfi 48 dərəcədə donduğunu isbatlayıblar.
Alimlər təsdiq edib ki, suyun donması üçün su molekullarının ətrafında yapışa biləcəyi xarici maddələr olmalıdır. Ancaq əsl saf suyun tərkibində heç bir xarici maddə olmadığından su molekullarının ətrafına toplanacaqları ilk adacığı özləri meydana gətirir.
Molineronun sözlərinə görə, mənfi 48 dərəcədə dörd su molekulu digər bir molekulun ətrafında toplanaraq donma üçün ilkin “skeleti” hazırlayır.