Qiyamət gününün tarixi dəqiqləşdirildi

Daş təqvimdə “O səmadan enəcək” yazılırı qeyd edilib. Söhbət, Mayalar tərəfindən tərtib olunmuş qədim təqvimdən gedir. Təqvimə görə, 21 dekabr 2012-ci il düyanın sonudur.

Sözügedən təqvim meksikalı arxeoloqlar tərəfindən deşifrə olunub. Meksika Antropologiya və Tarix Institutundan verilən məlumata əsasən, daş təqvim ölkənin şərqindəki Tabasko əyalətindəki Komalkalko şəhəri yaxınlığındakı Maya xarabalıqlarından tapılıb. 1300 il əvvəl yazıldığı təxmin edilən təqvimin üzərindəki aylar və günlər hər 52 ildə bir təkrar olunur. ABŞ-dakı Texas Universitetində işləyən Devid Stuart təqvimdə keçmiş zamanı ifadə edən bir simvol olmadığını bildirib. Qeyd edək ki, arxeoloqlar daha əvvəl də buna bənzər –  dünyanın sonu olaraq eyni tarixə işarə edən təqvimi Tortuquero şəhəri yaxınlığında tapmışdılar. Alimlər hər iki təqvimin tarixin sonundan xəbər verdiyini və təqvimlərdəki tarixlərin “keçmişin əhəmiyyətli hadisələrinə istinad ola biləcəyi”ni yazır.