QOÇ
Günün gedişatı sizi narahat etməyəcək. Xoşbəxtlikdən onun fəsadları xırda xoşagəlməz hallarla nəticələnəcək. Uşaqlarla yaxşı dil tapacaqsınız. Təəssüf ki, yaşlı nəslin nümayəndələrilə ünsiyyət qura bilməyəcəksiniz. Çünki onların müdrikliyinin sizin irəliləməyinizə mane olduğunu sanırsınız.
BUĞA
Bir çox başlanğıclarda bəxtiniz gətirəcək. Bu gün əhvalınız yaxşı olacaq. Günün gedişatı böyük güc sərf etməyinizi tələb etməyəcək. Rəğbət etdiyiniz adamla görüş sizin ürəyinizcə olacaq və bu görüşdən böyük zövq alacaqsınız.
ƏKIZLƏR
Gün xoş istirahət üçün münasibdir. Çalışın məsuliyyət tələb edən işləri öz üzərinizə götürməyəsiniz. Azad hərəkət fəaliyyətinizə müsbət təsir göstərəcək. Ulduzlar özünüzü qorumağı məsləhət görür. Gəzintilərin faydası var.
XƏRÇƏNG
Planlar qurun, onları gələn həftədən reallaşdıra biləcəksiniz. Planlarınızın həyata keçməsi təkcə sizin deyil, həm də yaxınlarınızın sevincinə səbəb olacaq. Mağazaları gəzmək üçün münasib gündür. Səfərə də çıxmaq olar.
ŞIR
Gün qeyri-sabit, emosional mənzərəsi ilə seçiləcək. Güzəştə getməməyə qərarlısınız. Yaxınlarınızla aranızda ciddi münaqişə yaşanacaq. Bu gün tanış olacağınız şəxslərin xoş xasiyyətli olacağı bildirilir. Amma çətin ki, onlar sizin həyatınızda vacib rol oynayacaqlar.
QIZ
Xırda anlaşılmazlıq çox olacaq. Siz bunlara ciddi yanaşmadığınız üçün əhəmiyyət verməyəcəksiniz. Amma ətrafdakılar sizin bu hərəkətinizi eqoizmin əlamətləri kimi dəyərləndirəcək. Bu üzdən də tərbiyəvi əhəmiyyət kəsb edən məsləhətlər eşitməyə hazır olun.
TƏRƏZI
Çox çətin və xoş olmayan gündür. Ən yaxın adamla aranızda fikir ayrılığı olacaq. Siz fərqli dünyanın adamları olduğunuzu əsas gətirərək münasibətlərin davam etdirilib-etdirilməməsi ətrafında düşüncələrə dalacaqsınız. Səhhətinizlə bağlı problemlər gözlənilmir.
ƏQRƏB
Son zamanlar həyatınıza daxil olan problemdən canınızı qurtarmaq istəyirsiniz. Təəssüf ki, qara fikirlər və həyəcan sizi tərk etməyəcək. Ehtimal ki, gərginliyin nəticəsində müəyyən ağrılarınız baş qaldıracaq. Sağlamlığınızın qeydinə qalın.
OXATAN
Istənilən məşğuliyyət baxımından uğurlu gündür. Yaradıcılıqda uğur qazanacağınız ehtimalı da var. Bürcün ailəli nümayəndələrini çox gözəl gün gözləyir. Sevdiyiniz şəxsin uğurlarına qəlbən sevinəcəksiniz.
OĞLAQ
Ailədə sülhü bərqərar edən yeganə şəxssiniz. Ailə üzvləri mübahisə edərkən siz olub-keçənləri zarafata salmaqla aranı sakitləşdirməyə çalışacaqsınız. Bunun yorucu olduğunu nəzərə alaraq ulduzlar sizə qarşılığında gözəl romantik görüş vəd edir.
DOLÇA
Uzaq qohumlardan birilə aranızda fikir ayrılığı gözlənilir. Siz doğru olduğunuza o qədər əminsiniz ki, sonda qarşı tərəf güzəştə getməli olacaq. Gün istənilən alış-veriş üçün əlverişli hesab edilir. Bu, xüsusilə də mebel alqısına aiddir.
BALIQLAR
Uğursuz gündür. Günün gedişatında planlarınızı tez-tez dəyişməli olacaqsınız. Əhatənizdə cərəyan edən xoşagəlməz şərait üzündən hətta bəzi planlarınızdan imtina edəcəksiniz. Təbii ki, yeni başlanğıclar, eksperimentlər üçün münasib gün deyil. Amma köhnə layihələri tamamlamaq imkanınız olacaq.
Günün ulduz falı (27.11.11)
•