«YAP-ın qapıları bizim üzümüzə heç vaxt bağlana bilməz»
Azərbaycanın Türkiyədəki keçmiş baş konsulu, YAP-ın qurucularından olan Səyyad Aran son günlər onunla bağlı yayılan məlumatlara aydınlıq gətirib. Özünün YAP-a bərpa olunmaq üçün yazdığı ərizəsinə partiya rəhbərliyi tərəfindən baxılmaması barədəki informasiyaları Modern.az-a şərh edən S.Aran bu xəbərlərin həqiqətə uyğun olmadıını deyib.
Bildirib ki,ÿonu istəməyən şəxslərdən kiminsə çirkin niyyətilə bu məlumatlar ortaya atılıb: “Bir müddət öncə YAP-a ərizə ilə müraciət edərək yenidən pariyaya bərpa olunmağımı xahiş etmişəm. Cavab gözləyirəm. Indi mətbuatda yazılır ki, YAP Səyyad Arana ”yox” cavabı verib. Bu məntiqsizlikdir. Necə ola bilər ki, mənə yox cavabı verilsin? Bu məsələni kimsə qurdalamağa ÿmeyllənib”, – deyə keçmiş konsul vurğulayıb. S.Aranın sözlərinə görə, qanuna görə, diplomatik işdə çalışanlara siyasi fəaliyyətlə məşğul olmaq qadağan edilib.ÿ Keçmiş konsul deyib ki, onunla birgə keçmiş səfir Əli Nağıyev də yenidən partiyaya bərpa olunmaq üçün ərizə verib. “Əli Nağıyevlə Səyyad Aran YAP-ı yaradanlardandır. YAP-ın qapıları bizim üzümüzə heç vaxt bağlana bilməz”, – deyə o qeyd edib.
Qeyd edək ki, yayılan məlumatlarda YAP-ın Səyyad Aranın ərizəsinə mənfi cavab verdiyi bildirilir. Həm Səyyad Aran, həm də Əli Nağıyev hakim partiyanın qurulmasında iştirak ediblər. Onların hər ikisi “köhnə qvardiya”nın üzvü hesab olunurlar. Yəni, Səyyad Aranla Əli Nağıyev Heydər Əliyev zamanının YAP-çılarıdır. Hazırda isə hakim partiya Əli Insanov, Sirus Təbrizlinin simasında “köhnə qvardiya”nı sıradan çıxarmaqla məşğul olan Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevin nəzarətindədir. Bu baxımdan mümkündür ki, Səyyad Aranla Əli Nağıyevin YAP-a qayıtmalarına maneələr olsun.