ABŞ-da balıqçı gəmisinin sahibi Karlos Rafael 400 kiloqram ağırlığında ton balığı tutub, amma balığı satmaq ona nəsib olmayıb. Gəmi sahilə yan alan kimi Federal Balıqçılıq Təşkilatı tutulan nəhəng balığı müsadirə edib.
Yeri gəlmişkən, ton balığının ovlanmasına icazə verilir. Balığın ondan alınmasına səbəb isə ton balıqlarının torla ovlanmasının qadağasıyla bağlı olub.
Qeyd edək ki, ton balıqları çox yüksək qiymətə satılır. Məsələn, 350 kq. ağırlığında bir ton balığı təxminən 396 min dollara satılıb.
Rafaelin tutduğu balıq beynəlxalq bazarda satışa çıxarılacaq. Əgər onun balığı torla tutması isbatlanarsa, dövlət fonduna köçürüləcək puldan ona pay düşməyəcək.