Heç bir sənədi olmayanlara kompensasiya verilməyəcək
Ölkədə qanunsuz tikilmiş tikililərlə bağlı yeni qanun layihəsi hazırlanıb. Bu barədə məlumat verən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov bildirib ki, qanun layihəsi parlamentə təqdim olunacaq: “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin, Əmlak Məsələləri Dövlət Komitəsinin və Bakı Şəhər Icra Hakimiyyətinin mütəxəssisləri bu qanun layihəsini hazırlayıb, Milli Məclisə təqdim ediblər.
Qanun layihəsinin nə vaxt müzakirə olunacağı parlamentdən asılıdır. Qanunun qəbulundan sonra biz bu istiqamətdə işə başlayacağıq”.
“Azadlıq”ın apardığı araşdırmalara görə isə layihəni yalnız Əmlak Məsələləri Dövlət Komitəsi və Bakı Şəhər Icra Hakimiyyəti hazırlayıb. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin isə bu məsələdə hər hansı rolu olmayıb.
Qeyd edək ki, hələ bir müddət əvvəl Ilham Əliyev qanunsuz tikililər məsələsinə toxunaraq onların sənədləşdirilməsi ilə bağlı prosesə start veriləcəyini bildirmişdi. Lakin ölkə başçısının bu açıqlamasında Azərbaycan Dövlət Neft Şirkəti balansında olan torpaq sahələrində tikilən evlərin sökülməsinə başladı. Nəticədə yüzlərlə sakin evsiz qaldı.
Məlumatlara görə, layihəyə əsasən heç bir sənədi olmayanlara kompensasiya verilməyəcək. Tikiliyə icazə üçün sənədi olan, lakin torpağın sənədi olmayanlara yalnız mənzilinə görə, torpağın sənədi olub, tikilinin sənədi olmayanlara isə torpağa görə kompensiyaya veriləcək.