Seyfülislamın barmaqlarındakı sarğının sirri bəlli oldu
Liviyanın öldürülmüş diktatoru Müəmmər Qəzzafinin ötən şənbə Nigerə qaçmaq istəyərkən həbs olunan oğlu Seyfülislamla bağlı yeni məlumatlar yayılıb. İngiltərənin “Daily Mail” qəzeti Seyfülislamın həbsdən sonra çəkilib yayılmış şəkillərində 3 barmağının nədən sarıqlı olduğuna aydınlıq gətirib, eləcə də özünü Qəzzafi ailəsinin gəlini kimi təqdim edən bir ukraynalı qadının etiraflarına yer verib.
Qəzetin məlumatında deyilir ki, Seyfülislamın aqibəti atası və qardaşı Mütəssim kimi linç edilmək olmasa da, tutularkən işgəncəsiz ötüşməyib. Əsgərlərdən biri onun 3 barmağını kəsib. Seyfülislamın barmaqları sarıqlı şəkilləri yayılanda onun NATO hücumu zamanı barmaqlarını itirdiyi iddiası ortaya çıxsa da, həkim müayinəsi bunun mümkünsüzlüyünü və yaraların kəsik yaraları olduğunu üzə çıxarıb.