“Medvedevlə Putin getməlidir; Yeniləşmə olmasa, partlayış baş verə bilər”
SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçov Rusiya rəhbərliyinin hakimiyyətdən getməli olduğunu deyib. O, Medvedevlə Putini nəzərdə tutaraq “Onlar getməlidir. Yalnız yeni qüvvələrin axını ilə siyasətdə yenilik edilməlidir” deyə bildirib.
Qorbaçov bu bəyanatı Berlində “Dünyanı dəyşmiş insan” mükafatının təqdimatında çıxış edərkən səsləndirib. Bildirib ki, Medvedevlə Putinin hakimiyyətdən getməyinin vaxtı çatıb. Onun sözlərinə görə, yeni qüvvələrin siyasətə gəlişi təmin edilməsə, azad seçki keçirmək mümkün deyil. “Dövlətin taleyi çox ciddi zərbə ilə üzləşə bilər. Yeniləşmə olmasa, partlayış baş verə bilər”, – deyə o vurğulayıb.
Qorbaçov Rusiyanın hazırki rəhbərərini korrupsiyaya dəstək verməkdə günahlandırıb.