Kivi xərçəngin qarşısını alır

XX əsrin əvvəllərinə qədər əsasən, Çində tanınan, 1930-cu illərdən etibarən Yeni Zelandiya, 1970-ci illərdən sonra isə dünyanın fərqli bölgələrində yetişdirilən kivi meyvəsinin xərçəngin qarşısını alma xüsusiyyətinə malik olduğu açıqlanıb.

Mütəxəssislər bildirir ki, kivinin 100 qramında 400 mg-a qədər C vitamini var. O da məlum olub ki, bir insan gündəlik A vitamininə olan ehtiyacını 70 qram kivi meyvəsindən əldə etmək olar.
Bir insanın gündəlik C vitamininə olan ehtiyacı 60 mg-dır, bir kivi bu ehtiyacı ödəyir. Kividən nəfəsaçıcı xüsusiyyətinə görə astma və öskürəyin müalicəsində də istifadə olunur. Xüsusilə də o, bədəni toksinlərdən təmizləyir, zərərli xolesterolu çıxarır.
Kivi həmçinin xərçəngə səbəb olan maddələrin meydana gəlməsinin qarşısını alır və kapilyar damarları gücləndirir, C vitamini ilə yanaşı A, B1, B2, PP vitaminləri, zülallar, kalsium, fosfor, dəmir kimi mineral maddələrlə də zəngin meyvədir.