Abdulla əs Sənussi bacısının evində tutulub
Diktatorun həbs edilmiş oğlu Seyfülislam isə Liviyada mühakimə olunacaq
Liviyada devrilmiş Müəmmər Qəzzafi rejiminin kəşfiyyat xidmətinin rəhbəri Abdulla əs Sənussi ölkənin cənubunda ələ keçirilib. “Reuters” agentliyinin yaydığı məlumata görə, Milli Keçid Şurası hərbçiləri Sənnusini Səbha şəhəri yaxınlığında yaşayan bacısının evində aşkar ediblər.
Xatırladaq ki, insanlığa qarşı törədilən cinayətlərə görə Liviya hökuməti və Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən axtarışda olan keçmiş məxfi orqan başçısını, Liviyanın azadlığı uğrunda son döyüşlər gedən ərəfədə – oktyabr ayında – ölkə ilə qonşuluqda olan, Nigerə, oradan isə Maliyə qaçmışdı. Liviya Milli Keçid Şurasının sədr müavini Əbdül Hafiz Quqa keçmiş kəşfiyyat nazirinin saxlanılması xəbərini təsdiq edib. Benəlxalq Cinayət Məhkəməsi cari ilin iyun ayında Abdulla Əs- Sənnusini barədə həbs qəti imkan tədbiri seçib.
Əlavə edək ki, Sənussidən bir gün öncə isə Qəzzafinin oğlu Seyfülislam Qəzzafi də üsyançı qüvvələr tərəfindən həbs olunmuşdu. Yayılan məlumatlara görə, oğul Qəzzafi azadlığa buraxılması müqabilində üsyançılara 2 milyard dollar nəğd pul təklif edib. Seyfülislam barəsində həbs-qətimkan qərarı çıxarmış Haqaa Tribunalı onun ektradisiyası üçün çalışsa da Liviyanın yeni bökuməti oğul Qəzzafinin Liviyada mühakimə olunacağını açıqlayıb. Seyfülislam Qəzzafi insanlığa qarşı cinayətlərdə ittiham olunur.
İnformasiya şöbəsi