Paşayevlər Əliyevlərin biznesini niyə çökdürür?

Aqil Əliyevin övladları ilə ixtilaf baytarlığa aid dərmanların satışına görə yaranıbmış

Ilham Əliyevin mərhum əmisi Aqil Əliyevin övladlarının biznes imperiyasının Paşayevlərin tərəfindən çökdürülməsinin səbəbləri bəlli olub. Sən demə, Əliyevlərə məxsus “Riad-Farm” şirkətinə dərman satışını qadağan etməsi və digər iqtisadi zərbələrinin kökündə Paşayevlərin başqa bir iri biznesi ələ keçirməsi dayanıbmış.
Söhbət baytarlığa aid dərmanların satışından gedir. Bu biznes Aqil Əliyevin övladlarının inhisarında olub. Paşayevlər dərman sahəsini ələ keçirərkən bəlli olub ki, baytarlığa aid dərmanların və tibbi ləvazimatların ölkəyə idxalı da milyonlarla gəlir gətirir. Dərhal bu məsələ ilə bağlı kənd təsərrüfatı Ismət Abbasovdan hesab sorulur. Bəlli olur ki, bu biznesə də Aqil Əliyevin övladları nəzarət edir. Bərk qəzəblənən Paşayevlər dərman biznesində “Riad-Farm”a verilən payı onların əllərindən almaq qərarına gəlib. Təbii olaraq bu, Əliyevlərin narazılığına səbəb olub. Hakim ailənin iki qolu arasında yaranan bu ixtilaf nəticədə Aqil Əliyevin övladlarına məxsus bütün növ biznesin çökdürülməsi prosesinə start verilməsi ilə nəticələnib.

BAX:

Paşayevlər Əliyevin biznesini çökdürür