Səsdən 5 qat sürətli silah

ABŞ Ordusu səsdən 5 qat sürətlə gedən yeni bir silahı sınaqdan çıxarıb. Pentaqonun mətbuat katibi Melinda Morqan bildirib ki, sözügedən silah 3700 kilometrlik məsafəyə bir neçə dəqiqəyə çata bilir.

O, bu silahın məhz uzun məsafələrə atılmaq üçün hazırlandığını bildirib. ABŞ Konqresi Araşdırma Xidmətinin hesabatında qeyd edilib ki, hipersonik silah dünyanın hər hansı hissəsindəki hədəfi ABŞ hərbi qüvvələrinin uzağı bir saata vurmasını təmin edə bilər. Qeyd edək ki, bu silahın hazırlanması qlobal hücum silahlarını inkişaf etdirmə proqramının tərkib hissəsidir.