İlham Əliyevə… is-te-fa!!!

Bakı Dövlət Unuversiteti. Çoxumuzun pulsuz girib, pulsuz oxuyub, pulsuz qurtardığımız, Milli liderimiz, Ulu öndərimiz M.Ə.Rəsulzadənin adına bağlı (tarix baxımından) bu böyük bilim öcağı (keçmiş baxımından) əliyevçi rejim yetkililəri üçün çoxdan gerçək, gəlirli kommersiya obyektinə çevrilib. Elə buna görə də Neft “akademiyasında” kafedra başqanlığından çıxarılan akademik Rafiq Əliyevə ilk təpki BDU-dan, rektor adını daşıyan, Əliyev-Mehdiyev kompaniyasının saxta seçki deputatlarından olan M.Abeldən gəldi.
M.Abel diktatura rejiminin “ziyalı” daşıyıcılarından olaraq çox ilginc bir anons verdi: “Bu yaxınlarda BDU-nun alimlərinin və ağsaqqallarının Rafiq Əliyevlə bağlı müraciəti olacaq”. Əliyevçi rejim prinsiplərini bildiyimizdən biz bu “müraciətin” necə xarakter daşıyacağını qabaqcadan bilirdik. Sonra BDU-nun “alim”, “ziyalı” “ağsaqqal” kontingenti adından “müraciət” yayıldı. ALIM, ZIYALI, AĞSAQQAL adını yerə soxan bir “müraciət”!  Bəlli “37″ ruhunda yazılmış o ”müraciət” Hüseyn Cavid, Əhməd Cavad başda olmaqla 40 min Azərbaycan aydınına qanlı divan tutmuş markaryanların, qriqoryanların BDU-da geniş ANTIAZƏRBAYCAN ŞƏBƏKƏSI yaratmış yeni əlaltılarını ortaya çıxardı!
Rafiq Əliyev kimi bir akademikə, böyük bilim adamına ERMƏNI-ölüm hökmü imzalamış “alim”, “ziyalı”, “ağsaqqal” kontingentinə baxın. Azərbaycan mentaliteti baxımından bunlardan ən iyrənci sonuncusudur – AĞSAQQAL. Yadıma Fikrət Sadığın “Ağsaqqal” şeiri düşür:
Ağsaqqal deyilməz
Hər saqqalı ağ olana
Saqqalını ağardıb
Özü fırıldaq olana.
M.Abel sözügedən anonsunda YAZILACAQ (!!!) “müraciətlə” bağlı demişdi: “Müraciət ondan ibarətdir ki (!!! ? X.B.), bəzi alimlər və ziyalılar yığışaraq müxtəlif forumlar keçirir və müraciətlər qəbul edirlər. Bilmək lazımdır ki, Azərbaycan inkişaf edir və ölkəyə sabitlik gərəkdir. Bu sabitliyin qorunması üçün hər kəs öz dəstəyini əsirgəməməlidir. Azərbaycan, həmçinin müharibə şəraitində yaşayır”.
Dostumuz Şahvələd Çobanoğlu “5 vəzifə tutub, həm də kafedra müdiri olanlar…” adlı köşəsində (“Azadlıq”, 17.11.11.) ortaya çıxardığı faktlarla M.Abeli də, onun arxasında duran rejimi də, rejim başçılarını da “kral lütdür!” durumuna gətirib. Bu faktlardan, başında M.Abelin durduğu BDU-nun yalnız böyük bir kommersiya-rüşvət obyekti deyil, eləcə də PARAZITIZM obyekti olduğu ortaya çıxır. Ikicə fakt: 1928-ci ildə doğulmuş Murtuz Ələsgərov 1965-ci ildən BDU-da “konstitusiya hüququ” kafedrasının müdiridir. Onun neçənci ildən BDU-ya ayaq basmadığını M.Abel özü də bilmir. M.Ələsgərovun yardımçısı kim olsa yaxşıdır? MM-in ən diliuzun başqanlarından olan Z.Əsgərov. Onun da BDU-da haçaq göründüyünü M.Abel deyə bilməz.
Ikinci fakt. Lənkəran Dövlət Universitetinin rektoru Asəf Isgəndərov BDU-da “optimallaşdırma və idarəetmə” kafedrasının müdiridir. Qoy bir faktı da göstərim. Çoxdan, lap çoxdan rüşvət universiteti olaraq tanınan Pedaqoji Universitetin rektoru Yusif Məmmədov BDU-da “riyazi-fizika tənlikləri” kafedrasının müdiridir. Yeri gəlmişkən, keçmiş “Beynəlxalq universitetin” keçmiş rektoru, “hüquq professoru” Elşad Abdullayevin özünün qəzetdə dediyinə görə, qardaşı Mahirin (KQB mayoru) oğurlanması faktı ilə bağlı DIN generalı ondan 500 min (beş yüz min!) manat rüşvət istəyəndə o, Yusif Məmmədovun “pedaqoji” universitetində 100 ildən bəri kafedra müdiri olan qayınatasına üz tutub. Qayınatası 500 min manatı ona cibinin xırda xərcliyi kimi çıxarıb verib. Görün indiki rejim dönəmində kafedra müdiri olmaq nə deməkdir. Rafiq Əliyev belə bir bazar içində “yertutan” olub.
Ş.Çobanoğlunun əldə etdiyi bilgiyə görə, BDU-da 16 kafedra faktiki olaraq başsızdır. Pullarsa kafedra-kafedra yığılaraq əliyevçi rejim prinsiplərinə uyğun olaraq, LEGITIM BÖLGÜ yoluyla ən yüksək instansiyayadək ötürülür…