Ağstafada da İctimai Palata yarandı

Yerli hakimiyyətin təzyiqi nəticəsiz qalıb

Ağstafa rayonunda ötən gün İctimai Palatanın konfransı keçirilib. Konfransda İP-nın yerli şöbəsi təsis olunub. Yüzədək təsis yığıncağı iştirakçısı  8 nəfərlik Əlaqələndirmə Şurası seçib. Onlardan üçü AXCP (Maarif Salahov, Sevdəgər Mursaqulov, Xasay Mehdiyev), üçü Müsavat Partiyasından ( Eyvazalı Orucov, Tariyel Mahmudov, Vaqif Hüseynov), ikisi isə bitərəflərdən (Oqtay Hacıyev, Vüqar Quliyev) olub.
“Azadlıq”a verilən məlumata görə Ağstafa rayon icra başçısının müavini Ramiz Tatarov İP-in yerli şöbəsinin təsis edilməsinə mane olmaq üçün yerli fəallara təzyiq göstərib Bu iş üçün polisi də səfərbər edib. Polis AXCP Ağstafa şöbəsinin sədri Maarif Salahovu bir neçə dəfə idarəyə aparıb, ondan tədbiri təxirə salmağı istəyib. Lakin, onun qanunsuz göstərişlərinə əhəmiyyət verilməyib. Konfrans Maarif Salahovun evində keçirilib.

Natiq