Samir Şərifov günahı Oqtay Əsədovun üzərinə atdı

Maliyyə naziri: «Milli Məclis qanun qəbul etsə, əmanətlərin büdcə vasitəsilə qaytarılmasında problem olmayacaq»

Azərbaycanın dövlət büdcəsində sovet dövründən qalmış bank əmanətlərinin qaytarılması ilə bağlı problem yoxdur.
APA-nın xəbərinə görə, bu barədə maliyyə naziri Samir Şərifov parlament komitələrinin birgə iclasında 2012-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.”Milli Məclis müvafiq qanun qəbul etsə, bunun büdcə vasitəsilə icrasında problem olmayacaq. Bunu tam məsuliyyətimlə deyirəm” – deyə nazir qeyd edib.