Anar Məmmədovun toy karvanında qəza (VİDEO)

Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun bir neçə ay öncə keçirilən toy mərasimindən videogörüntülər yayımlanıb. Anar Məmmədovun toy karvanında xeyli sayda bahalı maşınların olması diqqəti cəlb edir. Karvandakı maşınların qiyməti bir neçə milyon dollar təşkil edir.
Belə ki, bəyin özünün maşınının qiyməti 250-300 min manat arasında dəyişən “Buggati”dir. Onun dövlət qeydiyyat nişanı 10 LR 100-dür. Karvanda həmin maşından daha biri də var, onun nömrəsi isə 10 LZ 100-dür. Bundan başqa, Karvanda “Porşe” markalı eyni modelli (Panamera) maşın var. Onların nömrəsi 10-700-dür. Həmin maşınların qiyməti 200 min manatdır. Təxminən 50 maşından ibarət olan toy karvanında həmçinin hər birinin qiyməti 150-200 min manat arasında dəyişən 10-dan çox “Mercedes” markalı maşın var. Bundan başqa, qiyməti 120 min manat olan iki “BMW X6″, bir ədəd isə 7-ci seriyaya aid ”BMW” var. Həmçinin mərasimdə qiyməti 130 min manat olan “AUDİ Q7″ də iştirak edir. Karvandakı digər maşınların qiyməti isə 50-100 min manat civarındadır. Orta hesabla toy karvanındakı maşınların ümumi dəyəri 5 milyon dollardan artıqdır.
Toy karvanı aeroport yolunda hərəkət edərkən maşınlardan biri – “Mercedes” markalı avtomobil sürətlə sağa dönmək istəyən digər maşına çırpılır. Lakin kortec dayanmır, “Buta”ya doğru hərəkətini davam etdirir.
Maşın karvanı aeroport yolunda çox böyük sürətlə hərəkət edərək “Buta” sarayına gəlir. Sarayın yaxınlığına çatanda karvan tamam dayanır. Sürücülər kameramanın işarəsindən sonra bir-bir karvandan çıxaraq çox böyük sürətlə (forsajla) saraya doğru şütüyürlər (musavat.com).
Son iki gündə bu video sosial şəbəkələrdə geniş yayılıb.

Toy karvanı və o ərəfədə baş vermiş avtoqəzanın görüntüləri! 01:41 dəqiqəyə diqqətlə baxın!