Amerika Milli Aviasiya və Kosmos Agentliyi (NASA), kosmonavt olmaq istəyən hər kəsə qapılarını açıb.
NASA-nın internet saytında yayımlanan material maraqlananları “2013 Astronavt Namizəd Proqramı”na müraciət etməyə təşviq edir. NASA-nın açıqlamasına görə, seçiləcək kəslər yeni kosmos vasitələrindən istifadə edəcək ilk kosmonavtlar olacaq.
Digər tərəfdən, seçilən namizədlər yeni çıxarılacaq ağır yük mərmilərilə kosmosun dərinliklərinə də səyahət edəcəklər.