Murtuz Ələsgərovu niyə işdən çıxarmırlar?

Rafiq Əliyevi işdən uzaqlaşdırımağın arxasında duran siyasi riyakarlıq

Akademik Raqiq Əliyevin kafedra müdirliyindən uzaqlaşdırılması ilə bağlı Azərbaycan Dövlət Neft Akademiyasının istehsalat proseslərinin avtomatlaşdırılması fakültəsinin dekanı Ramiz Allahverdiyev “Media forum” saytına açıqlama verib.
O bildirib ki, bu addımı atmağa səbəb kafedrada dözülməz vəziyyət yaranması olub: “Rafiq Əliyev fakültə elmi şurasının iclaslarında, fakültənin keçirdiyi tədbirlərin heç birində iştirak etmirdi. Mən dekan kimi onun qəbuluna gedib məsələləri, yaranmış problemləri çatdıra bilmirdim. Bir sözlə, kafedra idarə olunmurdu. Ona görə də Rafiq Əliyevin kafedra müdiri vəzifəsindən çıxarılması üçün təqdimat yazmağa və rektorluq qarşısında məsələ qaldırmağa məcbur oldum. Mənim yazdığım təqdimat əsasında Rafiq Əliyev kafedra müdiri vəzifəsindən azad olundu”.
Indi isə biz “Azadlıq” qəzetinin 31 may tarixində BDU daxili mənbənin verdiyi informasiya əsasına hazırlanan bir yazıdan iqtibas gətirərk: “Sabiq spiker Murtuz Ələsgərov Konstitusiya hüququ kafedrasının müdiridir. Lakin son bir neçə ildə onu BDU-da görən olmayıb. Abel Məhərrəmov Murtuz Ələsgərovun yerinə daha gənc və perspektivli kadr təyin edə bilməzmi? Yaxud da vitse-spiker Ziyafət Əsgərov Konstitusiya hüququ kafedrasının professorudur, guya dərs deyir. Amma tələbələrə hələ ki, onun üzünü müəllim kimi görmək nəsib olmayıb. Eyni sözü YAP-çı deputatlar Rəbiyyət Aslanova ilə Əli Əhmədov barədə də söyləmək olar. Birinci fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının profesorru, ikinci isə politologiya və sosiologiya kafedrasının müdiridir. Lakin heç biri BDU-ya ayaq basmır”.
Sitata bircə onu əlavə edək ki, 1928-ci il təvəllüdül Murtuz Ələsgərov 1965-ci ildən BDU-da kafedra müdiridir. Göründüyü kimi, işdə olmamaq, işə səhlənkarcasına yaşnaşmaq barədə hakimiyyətin Rafiq Əliyevə qarşı apardığı kampaniya tamamilə şər-böhtan və ikiüzlü siyasətin təzahürüdür.

Natiq Güləhmədoğlu