QOÇ
Son zamanlarda çəkdiyiniz zəhmət mükafatlandırılacaq. Uğurlarınıza ətrafdakılar biganə qalmayacaq. Yaxınlarınız iş barədə açıqlamalarınıza rəy verməyəcək. Onlar sizin həqiqi məqsədinizi anlamaqda çətinlik çəkəcəklər.
BUĞA
Başladığınız işləri sona çatdırmaq lazımdır. Bunun üçün ən münasib gündür. Bir zamanlar əlaqəniz olan şəxsdən dəstək alacaqsınız. Keçmişdə baş verənlərdən asılı olmayaraq, bugünkü münasibətləriniz anlaşma çərçivəsindən kənara çıxmayacaq. Yaxınlarınızla aranızda ciddi fikir ayrılığı yaranacaq.
ƏKIZLƏR
Gün bir sıra uğurlar vəd etsə də, ulduzlar ehtiyatlı olmağı tövsiyə edir. Işgüzar münasibətlərdə fikir ayrılığı özünü göstərəcək. Ulduzlar xəbərdarlıq edir ki, fikir ayrılığı münasibətlərin kəsilməsilə nəticələnə bilər. Buna baxmayaraq, yaxşı əhvalınız olacaq.
XƏRÇƏNG
Aldığınız təkliflərə nəzər salın. Onlardan birinin işinizə yarayacağı ehtimal edilir. Ulduzlar vacib informasiyanı müttəfiqinizdən gizlətməyinizi dəstəkləmir. Günün maliyyə mənzərəsi yaxşı olacaq. Ətrafdakılarla da dil tapacaqsınız.
ŞIR
Sizin üçün yaxşı gündür. Müsbət tendensiyaların uzunmüddətli olmayacağını nəzərə alaraq, tez hərəkətə keçməyiniz məsləhətdir. Hansısa sənədə imza atmamışdan əvvəl onu yaxşı oxuyun. Sevgililər üçün əla gündür. Bürcün tənha nümayəndələrinə maraqlı görüş vəd edilir.
QIZ
Günün hadisələri sizi təbdən çıxaracaq. Rəqiblə aranızda qeyri-bərabər döyüş olacaq. Yalnız öz gücünüzə arxalanın. Təsəllini yaradıcılıqda tapacaqsınız. Çünki bu müstəvidə yüksək potensiala sahibsiniz.
TƏRƏZI
Təəssüf ki, şərikli layihəniz ümidlərinizi doğrultmayacaq. Digər tərəfdən, sizə rəğbəti olmayanlar işinizə müdaxilə edəcəklər. Qarşılığında siz də mövqeyinizi qorumaq xatirinə səy göstərməli olacaqsınız. Qohum-qardaşla aranızdakı münasibətlər gərginləşəcək. Buna baxmayaraq, yığılıb qalmış problemlərə aydınlıq gətirmək imkanınız olacaq.
ƏQRƏB
Uğurlu gündür. Amma ailədə fikir ayrılığı olacaq. Buna pul və ya əmlakla bağlı məsələlərin səbəb olacağı bildirilir. Diskussiyanı konstruktiv çərçivədə aparın. Şəxsi işlərə müdaxilə etmədən hərəkətə keçsəniz, yaxınlarınız da sizin yolunuzla gedəcək.
OXATAN
Uğur qazanmaq üçün şansınız var. Əks cinsin nümayəndələrini cəlb etmək baxımından da cazibədarsınız. Bu, yeni romantik macəraya zəmin yaradacaq. Daxili səsinizə qulaq asın. Ulduzların fikrincə, yalnız o, sizə düzgün yol göstərə bilər.
OĞLAQ
Işgüzar sferada ciddi problemlər gözlənilir. Hətta sizin səhviniz ucbatından əməkdaşlığa son qoyulması ehtimalı da var. Rəhbərliklə aranızda münaqişə yaşanacaq. Yadda saxlayın ki, bu gün heç də göründüyü kimi pis deyil. Ailədəki mübahisələr ciddi xarakter daşımayacaq. Yaxşı ki, baş verənlərə yumor hissilə cavab verirsiniz.
DOLÇA
Əməkdaşlığı məhsuldar saymaq olmaz. Anlaşılmazlıq üzündən qırılan əlaqəni bərpa etmək şansınız olacaq. Həyat təcrübəsi sizə düzgün yol seçimində yardımçı olacaq. Təəssüf ki, verdiyiniz qərarların heç də hamısı ətrafdakılar tərəfindən düzgün dəyərləndirilmir.
BALIQLAR
Tələsməyin. Seçdiyiniz yolla yavaş addımlamaqla da məqsədə çatmaq olar. Özünüz səhvə yol verməsəniz, düşmənləriniz sizə mane ola bilməz. Yaxınlarla ünsiyyətdə olarkən him-cimlə danışmayın. Onlar sizi yanlış anlaya bilər.