Qarşıdakı «aşura» günü mərasimlə bağlı yürüşlərə imkan verilməyəcək
Gəncə şəhər hakimiyyətinin yaxınlaşmaqda olan aşura dini təziyyəsilə bağlı palnlaşdırmaqda olduğu tədbirlərdən şəhər dindarları narahatlıqlarını ifadə edirlər. Bu sırada onlar şəhər hakimiyyətinin bu mərasimlə bağlı yürüşləri qadağan etmək istəmələrindən narahatdırlar.
“Yüz illər boyu bu yürüşlər olub, bundan heç kimə ziyan dəyməyib. Biz hakimiyyətin bu yürüşləri qadağan etmək istəməsini başa düşmürük”-deyə adının çəkilməsini istəməyən dindarlardan biri bildirib.
Gözlənilən qadağanlara baxamyaraq dindarlar yürüşü və “şaxsey-vaxsey” mərasimini keçirəcəklərini bildirirlər.
Dindarlar şəhərdə qeyri-sağlam mühitdən də narahatdırlar və bununla bağlı Qafqaz Müsəlmanları Idarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadəyə müraciət etməyi nəzrdə tuturlar. Dindarlar qeyd ediblər ki, şəhər hakimiyyəti məktəblilərə məscidə getməyi və ibadət etməyi qadağan ediblər. Onlarin sözlərinə görə, məscidlərin yaxnlığna güdükçülətr qoyulur, onlar məscidə gələnləri qeydə alır və bu haqda hüquq-mühafizə orqanlarına xəbər verirlər.
Aşura-10-cu gün deməkdir. Mühəmməd peyğəmbərin nəvəsi Imam Hüseyn məhərrəm ayının 10-da qətlə yetirldiyi üçün “aşura” təziyyə günü kimi yad edilir(Turan).


