Xəzərdə yumru restoran tikəcəklər (FOTOLAR)

Bakı buxtasında, Xəzər dənizinin sahilindən təxminən 600 metr məsafədə iri restoran tikiləcəyi gözlənilir.
Restoranı tikmək istəyən ADO-G şirkətlər qrupundan ANS PRESS-ə verilən məlumata görə, bununla bağlı layihə artıq hazırdır və təsdiq edilmək üçün dövlətə təqdim olunub. Hazırda layihənin reallaşması üçün cavab gözlənilir. Layihəyə görə, restoran yumru formada olacaq.