«Abunəçi işıqpulunu ödəyir, amma kimsə pulu ödəmir, gəlirlər kütləvi şəkildə vətəndaşların işıqlarını kəsirlər»
Parlamentin dünənki iclasında “Elektroenergetika haqqında” və “Qaz təchizatı haqqında” qanunlara dəyişikliklərin müzakirəsi zamanı deputat Qənirə Paşayeva “Azərenerji”nin prezidenti Etibar Pirverdiyevin ünvanına ittihamlar səsləndirib.
Deputat deyib: “”Azərenerji”nin işilə bağlı onun rəhbərinə mənim bir neçə sualım var. Çox dəhşətli bir haldı ki, abunəçi öz işıqpulunu ödəyir, hətta onun kartında pul da qalır, amma kimsə pulu ödəmir, gəlirlər kütləvi şəkildə vətəndaşların işıqlarını kəsirlər. Bu yolverilməz bir haldır. Konkret olaraq yaşadığım Abşeron rayonunda iki-üç gündən bir işıq kəsilir. Mən bununla bağlı bir adam tapıb onunla danışa bilmirəm ki, niyə belədir, bunu kim belə edir? Çox maraqlı və gülünc alınır ki, külək əsir, işıqlar sönür. Məsələni həll etmək lazımdı. Kiminsə imkanı var, generator alır və öz elektrik enercisi təminatı problemini həll edir. Ancaq realldır ki, hamı generator ala bilmir. Bütun bunlar mütləq nəzərə alınmalıdı”.
Qeyd edək ki, Etibar Pirverdiyev bu müzakirələrdə iştirak etməyib.


