Həftənin hit paradı

1. Fərhad Bədəlbəyli, professor: “Bu gün Azərbaycanda həddən artıq çalıb-oxuyurlar, musiqiyə meyl çoxdur. Bütün bunlar onu göstərir ki, Azərbaycan xalqı ciddi hisslərini itirir. Özüm musiqiçiyəm, amma qorxuram ki, belə getsə, 50 ildən sonra gənclərimiz desinlər ki, Qarabağ bizim deyil”.
Fərhad müəllim, I sinif “Ana dili” kitabı müəllifləri, sizin bu qorxunuzu(?) “nəzərə alıb” (səh.96, 2010): “Yurdumuzun ən səfalı yerində Xocalı adında şəhər var idi”.
2. Rövnəq Abdullayev, ARDNŞ prezidenti: “Respublikanın qazla təchizatında heç bir problem yoxdur. Hətta bundan iki dəfə artıq qaza ehtiyacı da ödəyə bilərik.”
“Novostroyka”larda evi olan yüz minlərlə zavallılar da bu ölkənin vətəndaşlarıdır, Rövnəq bəy, o evlər “xruşşovka”lardan da möhkəmdir, yazıqdırlar, onlara da verin bu qazdan, o qədər var-dövləti hara aparacaqsınız, axı… 
3. Aynur Camalqızı, sabiq millət vəkili: “10 yerdə yarıçılpaq qadın şəkilləri verirlərsə, bir yerdə də Mübariz Ibrahimovun şəklini versinlər. Aygün Kazımovanın şuba reklamını verirlərsə, 1 yerdə də Fərid Əhmədovun şəklini versinlər”.
Ehtiyac yoxdur, Aynur xanım, onsuz da gənclərimiz lazım gələrsə, Ali Baş Komandanın əmri ilə torpaqlarımızı geri qaytaracaqlar. Hələlik bekarçılıqdı, şuba reklamı pul gətirir, çılpaq qadın şəkilləri isə məmurları gələcək qələbələrə ruhlandırır. Hücum əmri gələnə qədər neyləməlidirlər ki?
5. Ramiz Allahverdiyev, akademik Rafiq Əliyevin işdən çıxarılmasına təqdimat verən dekan: “Daxili telefonu götürüb ona zəng edə bilmirdim”.
Bu iqtidarın bir cəsarətli nümayəndəsi tapılacaqmı desin, bəli, biz onu fikirlərinə görə işdən çıxarmışıq. Bəyəm, MM-də mürgüləyən rektor, institut direktorları, komitə sədrləri, dekanlar da daxili telefonları özləri ilə gəzdirirlər…
6. Mübariz Əhmədoğlu: “…Azərbaycan beynəlxalq güclərin və erməni lobbisinin yaratdığı Dağlıq Qarabağ münaqişəsinin özünə olan ölümcül təsirini neytrallaşdırdı. Indi artıq proseslər tədricən Azərbaycanın xeyrinə dəyişir; Azərbaycanın Ermənistanı üstələməsi prosesi davam edir”.
10 ildən çoxdur eyni ampluada olan bu politoloq, artıq işin, necə deyərlər, çəmini tapıb, proqnozu qeyri-müəyyən zaman üçün söyləyir. Diqqət çəkən məqam isə, son vaxtlar daha çox “Gecəniz xeyrə qalsın, balalar” verilişinin aparıcısına daha çox bənzəməsidir.
7. Aydın Mirzəzadə, deputat, son illərin “qəfil” politoloqu: “Bu cür xırda məsələlərin parlament müzakirəsinə çıxarılması gülüncdür. Hansısa bir insanın kafedra müdiri vəzifəsindən azad olunması parlamentdə müzakirəyə çıxarılacaq məsələ deyil”.
Aydın Mirzəzadə hətta akademik kəlməsini belə işlətməyi özünə rəva bilmir. Başqasına elmi iş yazdırıb, alim “olan” məmurlarla dolu ölkədə həqiqi akademiki insan adlandırırlarsa, buna da şükür. 
8. Roza Əliqızı, hərbi jurnalist: “1994-cü il idi. Məni Ağdamda ermənilərə təhvil vermək istəyirdilər, nazir müavini məni ermənilərə satmaq istəyirdi… adını deyə bilmərəm” Bizim yol qəzeti, 12 noyabr, 2011-ci il).
Keçmiş olsun Roza xanım. Amma oxu atıb, o boyda yayı necə gizlətmək olar axı? Lütfən açıqlayın, xalq öz nazir müavinini tanısın. Bu boyda zarafat olmaz axı…
9. Berti Foqts – əfsanəvi fütbolçu, Azərbaycan yığmasının məşqçisi: “Ermənistan Azərbaycan ərazilərini işğal edib”.
Həqiqəti bu qədər ünlü bir insandan eşitmək doğrudan da, insanı duyğulandırır. Aldığın pullar ananın südü kimi halal olsun, Berti!
10. Nadir Qafarzadə, manıs: “Vətən nədir, ağəz! Qde xoroşo, tam i Vətən”.

http://anspress.com/index.php?a=2&lng=az&nid=67140

Isveçdə yaşayan “vətənpərvər” xanım! Kumiriniz olan insanın problemi var və bu problem şükürlər olsun, tək-tək insanlarda var. Bu insanı, bir millətin simvolu etmək, yanlışlıqdır. Özünüz nə qədər istəyirsiniz sevin, sevgi azaddır, sizin təbirinizcə desək, “tem bolee v Şvetsarii”.