Günün ulduz falı (15.11.11)

QOÇ

“Qoç”lar üçün uğurlu gün sayılmır. Ciddi nəticə gözlədiyiniz layihəni uğurla başa çatdıra bilməyəcəksiniz. Amma təslim olmayın, inadkarlığınız sayəsində vəziyyəti dəyişə bilərsiniz. Yaxınlarınız da sizə dəstək olacaq.

BUĞA

Günün birinci yarısı kifayət qədər gərgin olacaq. Amma situasiya  getdikcə normallaşacaq. Işgüzar müstəvidə uğurlar sizə gözləyir. Söhbət həm də maddi vəziyyətinizin yaxşılaşmasından gedir.

ƏKIZLƏR

Sakit gün olacaq. Gün daha çox yaxınlarla aranızdakı problemlərin həlli baxımından münasibdir. Siz elə bir yol tapacaqsınız ki, ondan hamı razı qalacaq. Gələcək üçün cəsarətli planlar qurmağa dəyər. Çünki onların bir çoxunun reallaşacağı ehtimal edilir.

XƏRÇƏNG

Tələskənliyə yol verməyin. Ehtimal ki, hansısa çoxdankı proyektlərinizə qayıdacaqsınız və özünüz də görəcəksiniz ki, bu işin “qulpundan yapışmaqda” səhv etməmisiniz.

ŞIR

Gün bir sıra çətinliklər gətirəcək. Sizin bəzi hərəkətlərinizi ətrafdakılar düzgün anlamayacaq, amma narahat olmağa dəyməz. Çox keçməz ki, səhv etdiklərini başa düşərlər. Odur ki, ünvanınıza səslənəcək tənqidlərə o qədər də əhəmiyyət verməyin.

QIZ

Planlarınızı həyata keçirmək üçün yaxşı gündür. Amma bütün məsələlərdə diqqətli olun. Nəticədə istədiyinizə nail ola bilərsiniz. Gün bizneslə bağlı ideyalarınızın reallaşması, o cümlədən rəhbərliklə söhbət üçün münasib zaman sayılır.

TƏRƏZI

Əla gündür, qarşıda sizi gözləyən işlərdən qorxmayın. Əksinə, həvəslə işə girişin. Çünki maddi vəziyyətinizin yaxşılaşması və karyerada irəliləmək imkanlarınız yaranacaq. Ehtimal ki, ya köhnə dostlardan birilə, ya da uzaq qohumlarla görüşünüz olacaq.

ƏQRƏB

Bürcün çətinlikdən qorxmayan nümayəndələrinin günü uğurlu olacaq. Yaradıcılıq potensialınız yüksək olacaq və bu pozitiv təsir həyatınızın bütün sferalarına öz təsirini göstərəcək. Bu gün qonaq qəbul etmək və ya qonaq getmək üçün münasib zamandır.

OXATAN

Uzun müddətdir həyəcanını yaşadığınız vacib işlərinizi sona çatdıra biləcəksiniz. Çalışın, istirahətə də zaman ayırasınız. Gün romantik münasibətlər üçün münasibdir.

OĞLAQ

Böyük miqyaslı proyektlərə başlamağınız məsləhət deyil. Bunun üçün münasib gün deyil. Maliyyə ilə bağlı sənədləri imzalamağınız da məsləhət deyil. Bu gün dincəlməyiniz məsləhətdir. Çünki fikirləriniz dağınıqdır.

DOLÇA

Ehtiyatsızlığa yol verməyin. Çalışın ki, risk etməyəsiniz. Hətta vərdiş etdiyinz işləri görəndə də ehtiyatı əldən verməməyiniz məsləhətdir. Yeni tanışlara dərhal etibar etmək kimi xasiyyətinizi də tərgitsəniz, yaxşı olar.

BALIQLAR

Maraqlı gün keçirəcəksiniz. Çünki ətrafdakılarla yaxşı dil tapa bilirsiniz. Gün daha çox biznes ideyalarının reallaşması baxımından əlverişlidir. Ehtimal ki, yeni gəlir mənbəyi tapacaqsınız.