Dünyanın 5 il vaxtı qalıb

Beynəlxalq Enerji Agentliyinin verdiyi məlumata görə, bəşəriyyətin təhlükəli iqlim dəyişikliklərinin və ekstremal təbii hadisələrin qarşısını almaq üçün cəmi 5 il vaxtı qalıb.

Ann.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, dünya enerji şurasının hesabatının nəticələrinə əsasən, getdikcə daha da artan fosil (neft-qaz) enerjisindən istifadə, qarşısıalınmaz və katastrofik iqlim dəyişikliklərinə səbəb olacaq. Bu fəlakətin qarşısını almaq və həm də enerci ehtiyacını ödəmək üçün dünya dövlətləri ənənəvi karbon intensiv yanacağından imtina etməli və alternativ enerci mənbələrindən yararlanmağa çalışmalıdır.
Alimlər belə davam edərsə, dünyanın quraqlıq, sel, tufan və isti hava dalğalarına məruz qalacağını və beləliklə də insanın yaşaması mümkün olmayan bir məkana çevriləcəyini deyir. Keçən əsrdə planetin orta temperaturu 1.0 (C) dərəcə artıb, ekspertlər isə 2100-cü ilə kimi bu rəqəmin 5.0 (C) dərəcəyə çatacağını güman edir.