İctimai Palata bir gündə iki piket keçirdi, polis çaş-baş qaldı
Ictimai Palata ötən gün Bakıda siyasi durğunluğu dağıtmağı bacardı. “2 aprel” məhbuslarının məhkəməsi önündə keçirilən lokal aksiyalardan sonra yaranan fasilə dünən pozuldu. Bakının mərkəzi 1 saat ara fərqi ilə aksiyalara meydan oldu. Aksiyalar Ictimai Palatada təmsil olunan gənclərin təşəbbüsü ilə gerçəkləşdi. Meriya aksiyanın keçirilməsinə müsbət cavab verməsə də IP tərəfdarları sanksiyasız aksiyaları ilə şüarlarını cəmiyyətə çatdırdı. Xatırladaq ki, gənclər noyabrın 15-də Bakı Şəhər Icra Hakimiyyətinin və ya Bakı Apelyasiya Məhkəməsinin qarşısında piket keçirmək üçün meriyaya müraciət etmişdilər.
Azadlıq deyən ağızları yumma cəhdləri
Ilk aksiya çoxluğu müsavatçıları olmaqla “Içərişəhər” merto stansiyası önündən saat 14-də başladı. “Siyasi məhbuslara azadlıq” və “Sərbəst toplaşmaq hüququ təmin edilsin” şüarları ilə “Içərişəhər” stansiyasının qarşısından Bakı şəhər Icra Hakimiyyətinin qarşısına qədər yürüş edən aksiyaçılara ətrafdakı polislər hücum çəkdi. Polislər aksiyaçıların əllərindəki şüarları və siyasi məhbusların fotolarını alaraq cırır, müxalifətçilərə qarşı zorakılıq edirdilər. Polis aksiyaçıların əlindən milli bayrağı da vəhşi formada aldı. Onlar şüar qışqıranların ağızlarını tutmaqla susdururmağa çalışırdılar.
Həbs
Piket zamanı Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu, Məclis üzvü Mustafa Hacıbəyli, Müsavat Gənclər Təşkilatının üzvləri Rauf Məmmədli, Elnur Əsgərov, Kərim Ağarzayev, Cavid Ələkbərov, ADP Gənclər Təşkilatının sədri Cəmil Hacıyevi polis saxlayaraq, Səbail rayonundakı 9-cu polisÿbölməsinə apardı.
Cəbhəçilər polisləri çaşdırır

Saat 15-də Fəvvarələr meydanı tərəfdən AXCP üzvlərinin qəfil toplaşaraq yürüşə başlaması polislər üçün şok effekt doğurdu. Onlar birinci aksiyadan artıq arxayın düşüb ərazidən dağılışmışdılar. Cəbhəçilər “Azadlıq” şüarları ilə Bakı Şəhər Icra Hakimiyyətinin qarşısına doğru yürüşə başladılar. Yürüş iştirakçıları əllərində siyasi məhbusların fotolarını və onlara azadlıq tələb edən şüarlar qaldırmışdılar. Ərazidə olan azsaylı polislərin hədəfinə elə ilk olaraq bu şüar qaldıranlar gəldi. Polislər onların üzərinə cumdular, şüarlar alınarkən aktivistlərə qarşı zorakılıq oldu. Polislərin başı şüarlara qarışdığı vaxtda aksiyaçılar meriyanın önünə qədər yürüyə bildilər.

Həbslərin ikinci dalğası
AXCP fəalları Vaqif Xalıqov, Məmməd Ibrahim, AXCP gənclər komitəsinin üzvləri Orxan Carçı, Elçin həsənov, Dəyanət Babayev, Abdulla Əliyev və Əli Muradlı həbs olundu.

Polis zorakılığı növbəti aksiyaya səbəb olur
Meriyanın önündə AXCP sədrinin müavini Gözəl Bayramlı media üçün açıqlama verərək aksiyanın qətnaməsini səsləndirdi:
“Piket iştirakçıları ölkədə ÿreal siyasi, sosial, iqtisadi islahatlar aparılması, növbədənkənar parlament seçkiləri keçirilməsi, Yeni Konstitusiya hazırlanması, proporsional seçki sisteminin bərpa olunması, ÿəsas insan hüquq vəÿazadlıqlarına, o cümlədən sərbəst toplaşma azadlığına, ifadəÿ azadlığına, dini etiqad vəÿvicdan azadlığına qoyulmuş hüquqi və ÿicra xarakterli məhdudiyyətlərin ləğv edilməsini tələb edir.


2 aprel mitinqi iləÿ əlaqədar həbs olunmuş Arif Hacılı, Tural Abbaslı, Məhəmməd Məcidli, Sahib Kərimov,ÿƏhəd Məmmədli, Rüfət Hacıbəyli, Elşən Həsənov, Ülvi Quliyev, Arif Alışlı, Zülfüqar Eyvazlı, Elnur Məcidli, Elnur Isrəfilov vəÿBabək Həsənov, eləcə də siyasi motivlərlə həbs olunmuş Vidadi Isgəndərli, Şahin Həsənli, Cabbar Savalanlı, Bəxtiyar Hacıyev, Əvəz Zeynallıÿvəÿdigər şəxslər dərhal azad edilsin”.


Qətnamə oxunduqdan sonra aksiyaçılar metrostansiyaya üz tutdular. Bu vaxt polis özünü hadisə yerinə çatdırdı. Heç bir ehtiyac olmadığı halda aksiyanın başa çatdığına, heç bir şüarın olmamasına baxmayaraq polis dağılışan müxalifətçiləri yenidən qızışdırdı. Polislərin metronun girişində aksiyaçılara qarşı kobud və təhqiramiz ifadələri gərginlik yaratdı. Polisi etikaya dəvət edəndə onlar fiziki zorakılığa keçdilər. Polislər hətta metronun keçidini keçən müxalifətçiləri sərbəst buraxmaq istəmir, onlara yumruq-təpik atırdı. Təxminən 10 dəqiqəyə yaxın çəkişmə polislərə “geriyə” komandası gələndən sonra səngidi. Müxalifətçilər isə eskalatorla gedə-gedə “Azadlıq” şüarlarını səsləndirərək metroya endilər.

Azadlıq
Saxlanılan müxalifət fəallarının hamısı axşam saat 18 radələrində xəbərdarlıq edilərək sərbəst buraxıldı.

.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
Natiq Güləhmədoğlu



