Əsgər hərbçi yoldaşını güllələdi

Azərbaycan Ordusunun əsgəri xidməti silahı ilə hərbçi yoldaşını vurub. APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Gədəbəydə yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb.

Milli Ordunun əsgəri Xəyal Qələmdar oğlu Kərimov postu dəyişən zaman silahı doldurandan sonra ehtiyatsızlıqdan əlində silah açılıb. Nəticədə avtomatdan açılan güllə onun hərbçi yoldaşı, əsgər Həbib Bayram oğlu Şahbazova dəyib. H.Şahbazov aldığı güllə xəsarəti ilə hospitala yerləşdirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev faktı təsdiqləyib. Yaralanan H.Şahbazov Yardımlı, X.Kərimov isə Ağdam Rayon Hərbi Komissarlıqlarından həqiqi hərbi xidmətə çağırılıblar.