«Beşiktaş» ulduz futbolçuyla yolları rəsmən ayırdı

İstanbulun «Beşiktaş» klubu ispaniyalı futbolçusu Quti ilə yolları rəsmən ayırıb.
Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı məlumatda deyilir ki, «ağ-qara»lar 2010-2011-ci il mövsümündə Madrid «Real»ından tranfer etdiyi ulduz futbolçuya görə təzminat ödəməyəcək.
Qeyd edək ki, Quti gözlənilən oyunu sərgiləmədiyndən bu ilin əvvəlindən nadir hallarda meydana çıxırdı.
2012-ci ilin may ayında müqaviləsi başa çatan futbolçunun özü və vəkilləri ilə danışıqlardan sonra müqavilə ikitərəfli qaydada ləğv edilib.