Emin Milli özünə qeyri-adi toy etdi (FOTOLAR)

Keçmiş siyasi məhbus, gənc bloqçu kimi tanınmış Emin Milli ailə həyatı qurub. Toy noyabrın 12-də bir az fərqli biçimdə və fərqli məkanda olub. “Moon crown” restoranında təşkil olunan yığcam şənlikdə ölkənin tanınmış ictimai, siyasi xadimlərindən kimsə iştirak etməyib. Emin Milli və xanımı həyatlarının ən əlamətdar gününə qohumlardan başqa yalnız ən yaxın dostların rəng qatmasına üstünlük veriblər. Yeri gəlmişkən, Emin Millinin xanımı Tora rəssamdır.
Xoşbəxt olsunlar.