Ölkədə idarəçilik qruplardan asılı vəziyyətə düşüb

Eldar Namazov: «Hakimiyyət ölkənin ictimai fikrinə real təsir edən şəxsləri bütün yollarla sıradan çıxarmaq istəyir»

Elm və mədəniyyət xadimlərinin sözlərini dinləmək vaxtı çatıb, – deyə “Obyektiv TV”yə müsahibəsində Ziyalılar Forumunun təsisçilərindən olan Eldar Namazov bildirib. Onun sözlərinə görə, hakimiyyət ölkənin ictimai fikrinə real təsir edən şəxsləri bütün yollarla sıradan çıxarmaq istəyir. Belə ki, bu yaxınlarda Dövlət Neft Şirkəti Rüstəm Ibrahimbəyovun Kino Akademiyasının tikintisinin dondurulmasının məsuliyyətini öz üzərinə götürüb.
Dünyada məşhur yazıçı və ssenarist özəl, əsasən xarici investisiyalar cəlb edə bilib. Amma siyasi hakimiyyət “sui-qəsddən” qorxuya düşüb, geoloqlar isə “birdən” paytaxtın mərkəzində perspektiv yataq tapıblar.
Bu yaxınlarda Ziyalılar Forumunun təsisçilərindən olan akademik Rafiq Əliyev Neft Akademiyasının istehsal proseslərinin avtomatlaşdırılması kafedrasının müdiri vəzifəsindən azad edilib. Bir neçə il keçəndən sonra rektorluq fikirləşib ki, dünyada məşhur alim, dahi Lütfizadənin varisi dərs yükünü düzgün bölmür və heyətə qarşı ədalətsizdir. Səbəb isə onun azadfikirliliyinin hakimiyyətə xoş gəlməməsidir.
ÊÓE.Namazovun sözlərinə görə, bu gün gənclər hərəkatının, QHT-lərin, elmi-mədəni dairələrin yüzlərlə təmsilçisi Foruma üzv olmaq istəyir. Ümumiyyətlə, ədalət ayaqlananda, söz devalvasiya ediləndə, əməl isə bu və ya digər hakimiyyət qruplaşmasından asılı olanda ictimai həyatın ön səhnəsinə çıxmaq ziyalıların əsas mahiyyətidir.
Son 200 ildə Azərbaycanın inkişafına ən böyük təsiri ziyalılar göstərib- Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə, Üzeyir Hacıbəyli və başqaları.
Hər şey cəmiyyətin iradəsindən asılıdır, hansı ictimai əhəmiyyətli ideyanı seçmək, inkişaf etdirmək, hansından imtina etmək onun işidir. Bu gün ölkə vacib seçim qarşısındadır. Bir şey birmənalıdır – ziyalılar bu gün də ictimai fikrin hazırlandığı və milli ideyanın yetişdiyi yeganə sahədir, deyə Namazov qeyd edib(Turan).