Xəstəliyin Rusiyadan gələn məhsullardan keçməsi istisna olunmur
Rusiyanın əksər şəhərlərində “donuz taunu” xəstəliyi yayılıb. Bu məqamda şimal qonşumuzun məsafəcə bizə yaxın olmasını söyləməksə yeni söz deyil. Bu baxımdan Rusiyadan gələn kolbasa-sosis və digər yarımfabrikatların həmin xəstəliyi ölkəmizə gətirməsi narahatlıq doğurur. Xəstəlik risqinin hansı dərəcədə olması cəmiyyəti narahat etdiyindən, istehlakçıların hüquqlarını qoruyan təşkilata müraciət etdik.
Azad Istehlakçılar Birliyinin sədri Eyyub Hüseynov söylədi ki, insanları çaşqın duruma salan məlumatların çox olmasına baxmayaraq, Rusiyadan Azərbaycana gətirilən məhsullar ciddi termik baxışdan keçir. Yəni, Azərbaycanla Rusiya arasında bu sahədə şəffaf mühit var: “Lakin xəstəlik bəzi məhsullardan keçə bilər, yəni çiy ət və sairə ola bilər. Belə hallar istisna olunmur. Onu da deyim ki, xarici ölkələrdən gətirilən sosis-kolbasa məmulatları tərkibinə vurulmuş kimyəvi maddələrə görə hətta ”donuz taunu”ndan da ciddi problemlər yarada bilər”.
Nigar