Yağmur hər kəsə yağar, amma
çox az insan tutar yağmurun əllərini…
(Murathan Munqan)
çox az insan tutar yağmurun əllərini…
(Murathan Munqan)
Yağış Tanrının Yer üzünə ən gözəl hədiyyəsidir. Həyata can verən, çevrəni yaşıllaşdıran, insanların yaratdığı çirkinlikləri yuyub aparan misilsiz bir hədiyyə… Amma baxaq əsrlərdir Yer üzündəkilər Göy üzündən gələn bu lütfü necə dəyərləndirir? Etiraf edək ki, görünməmiş bir nankorluqla. Axı yağmur insandan gələn bütün pislikləri də yuyub apara bilməz. Hərçənd bu nankorluğa yol verən insanın öz yaramaz əməllərini ört-basdır etmək üçün də bəhanəsi var. Yağış bir az artıq yağıb kanalizasiyasız şəhər küçələrini gölə çevirirsə, “ilahi tərəfindən göndərilən bəladır”. Yağış küləklə gəlib qırıq-sökük elektrik xətlərinə zərər verirsə, “təbii fəlakətdir”… Eləmi? Bəs şəhərin önəmli problemlərinə ayrılan milyonları yeyib üstündən su içənlərin heçmi günahı yoxdur? Dünyaya neft-qaz satıb ondan gələn pulları korrupsiya vasitəsinə çevirən, öz vətəndaşlarını soyuq fəsilləri “buz dolabına” bənzər mənzillərdə yola verməyə məhkum edənlər haranın bəlasıdır?..
Qurban bayramı günü ölkədə havanın birdən-birə dəyişməsi paytaxtın ütüsünü-sığalını əzib tökdü. Və az qala hər gün “tumar” çəkilən yollar, daş döşənən küçələr bir anda su içində qaldı, şəhər sakinlərinin böyük bir hissəsi bayramı işıqsız qarşıladı. Hələ respublikanın bölgələrində baş verənlər… orada yaşayanların halına dəsmal götürüb ağlamaq lazımdır. O gün nə baş vermişdi ki? Sadəcə, gözlənilmədən hava dəyişmiş, bir az sulu qar və külək gəlmişdi. Şəhər rəhbərliyi buna belə hazır deyilsə, vay bizim halımıza!
Məlum, belə günlərdə yuxarılarda oturan şəxslərin nə işığı sönür, nə də qazı kəsilir. Bəs bu yazıq millətin problemləriylə kim məşğul olmalıdır, ağalar? Axı bir az bundan əvvəl qəfil gələn payız yağışında da selin metroya dolduğunu, keçidləri bağladığını, yolları kəsdiyini görmüşdünüz. Insan heçmi baş verənlərdən dərs almaz, ibrət götürməz? Bütün bunlar ona görə davam etmirmi ki, olanlara kimsə məsuliyyət daşımır, can yandırmır, cəzalandırılmır… Bu bayramda beş addımlıqdakı Sumqayıt şəhəri sakinlərinin başına gələnləri televiziyalardan ki, izlədiniz. Insanların evini sel basıb, elektrik sistemi iflic olub, qazlar kəsilib, şəhər rəhbərliyinin aləm vecinə belə deyil. Bayramın ikinci günü Sumqayıtın o acınacaqlı mənzərələrini mən öz gözlərimlə gördüm. Baş verənləri şəhərə girən kimi “Avtovağzal” ərazisində-yolun ortasında yaranan “süni göl”dən anlamaq olardı…
Bu şəhərin başçısı yeni dəyişib. Gəldiyi gündən söküb-tökməklə məşğuldur, nə etmək istədiyini dəqiq bilən yoxdur. Şəhər sakinləri də qan ağlayır. Elektrik şəbəkəsinə zəng vurublar, “nə edək, işığınız yanmır, heç kəsin işığı yanmır. Bir daha bizi narahat etməyin…” cavabı alıblar. Hələ bu şəhərdə qaz təchizatı olmayan şəraitsiz binalarda, məşəqqət içində neçə-neçə məcburi köçkün ailəsi yaşayır…
Qarşıdan qara qış gəlir. Insanlarımızın qara günlərini və səhlənkar idarəçilərimizin vecsizliyini düşündükcə qanım qaralır. Bunları düşündükcə də, indi Amerikada prezidentlik marafonuna hazırlaşan Texas valisi Rik Perrinin aprel ayında əhalini quraqlığa qarşı üç günlük “yağmur duası”na çıxardığını xatırlayıram…
P.S. Yağış şeir və ya musiqi kimidir, insana gözəl şeylər düşündürür… Soyuq bir havada pəncərədən yağan yağışı seyr etmək və ya sakit yağmur altında dolaşmaq qədər zövqlü bir şey olmasın gərək. Amma yuxarıda bəhs edilən şərtlər altında yağışın nə gözəlliyindən əsər qalır, nə zövqündən…