ABŞ-ın dövlət katibi Hillari Klinton “radikal qüvvələrin güclənməsini önləmək üçün avtoritar rejimlərə müəyyən dəstək verildiyini və ABŞ-ın da bir müddət bu prinsiplə hərəkət etdiyini” bildirib.
Əslində, tam da elə deyil. Müəyyən (yəni bir balaca) deyil, necə lazımdı dəstək verilib. Bir müddət də deyil – illər uzunu. O müddəti ifadə eləmək üçün “yarım” da olsa, “əsr” sözündən istifadə eləmək lazım gəlir. Elə özümüzü götürək. Müstəqilliyinin yaşı cəmi 20 il olan Azərbaycanla bağlı danışsaq, bunun düz 18 ilini ABŞ YAP avtokratiyasına dəstək verib. Həzin tənələrlə işini bitmiş sayıb. Çünki bizdə “xoxanlar” varmış.
Sabir demişdi: “Cin görürəm, şeytan görürəm, qorxmuram, Harda müsəlman görürəm, qorxuram…”.
Niyə belə demişdi? Bu haqda uzun danışmaq olar. Ancaq satirik şair sanki dünya müsəlman dövlətlərinin avtoritar dövlət başçılarının, diktatorlarının, şarlatanlarının Amerika, Avropa üçün hiyləgər hesabatının bədii mətnini hazırlamışdı. Yəni, qorxun! Dünya da bu hesabatlara inanmışdı. Müsəlman dünyasının böyük şairi də belə deyirsə, nədən də inanmayaydılar? Lakin qəfildən Türkiyədə Rəcəb Tayyib Ərdoğan ismli islamçı biri siyasət meydanına atıldı. Bütün əngəllərə rəğmən qələbə çaldı və hakimiyyətə qədərki qorxulu imicinin əksinə olaraq elə bir imac formalaşdırdı, elə bir hakimiyyət forması yaratdı ki, artıq Sabirin sözü yavaş-yavaş inandırıcı gəlməməyə başladı.
Klintonun bu bəyanatı əslində böyük bir etirafdı. Son dərəcə ustalıqla ifadə edilmiş bəyanat. Bu bəyanat avtokratların ən ağır silahını əlindən almaqla öz suçunu yumaqdı. Dəyişin, düzəlin deməkdi. Lakin anadan əyri doğulmuş və illərlə qartımış avtoritarizmin düzəlməsi inandırıcı deyil.
“Biz belə addımlar atmağa meylli olan hakimiyyət nümayəndələrini ölkədə yaranmış vəziyyətin məsuliyyətini düzgün dərk etməyə, dünyada baş verən hadisələrdən nəticələr çıxarmağa çağırırıq”,- bu isə, Ziyalılar Forumunun böyük alim Rafiq Əliyevin işdən çıxarılmasına etiraz olaraq qəbul edilmiş sərt bəyanatın sonuncu cümləsidi. Bu cümlə Klintonun mesajıyla üst-üstə düşür. Ziyalılar “ölkədə yaranmış vəziyyət” deyəndə nəyi nəzərdə tutur? Axı bu ölkənin dövlət başçısından tutmuş MIS müdirinəcən hər bir məmur vəziyyətin analoqsuz olduğunu deyir. Hər halda yaşları yetmişə yaxınlaşan alimlər, böyük sənət adamları boşuna belə söz deməzlər. Onlar bu sözü deməkçün neçə illər səbrlə dözüblər, müşahidə eləyiblər və indi deyirlər. Deməli, vəziyyət heç də yaxşı deyil. Üstəlik, “dünyada baş verən prosesləri” də xatırladırlarsa… vəziyyət ingiliscədi demək.
Vəziyyətin necə olduğunu dərk eləmək üçün iki misala baxmaq yetər, məncə. Biri alimə, biri sıravi vətəndaşa olan münasibətdi. Alimə münasibəti gördük. Əsas elm deyil, susmaqmış. Demək, ancaq susmaq elmindən danışmaq olar bu ölkədə elm adına.
Ikincisi, Nərimanov rayonunda qanunsuz olaraq bir aydır evləri sökülərək küçəyə atılan Rüstəmovlar ailəsinin acı dramıdı. Qoy, bu soyuqda, dövlət başçısı başda olmaqla hər bir valideyn bir anlıq övladının bircə gecə küçədə yatmasını xəyalına gətirsin, bir ay yox, bir gecə… “Azadlıq” qəzetinin 5 noyabr tarixli sayında gedən “Rüstəmovlar ailəsi bir aydır küçələrdə yaşayır” başlıqlı yazını oxumasını elə ziyalılarımızdan da xahiş edərdim. Sahə müvəkkili evi uçurulan vətəndaşa deyir: “Mən də bilirəm ki, sən 5 ildir orda yaşayırsan. Buna şahidəm. Ancaq paqon daşıyıram. Balalarımı dolandırmaq istəyirəm. Sənə görə işimi itirmək istəmirəm”. Paqon vicdan sayılır bütün dünyada. Azərbaycanda isə “Mən vicdan daşıyıram” demək, “mən susmalıyam” anlamına gəlir. Bu, bizdəki vəziyyətin şəklidi. 18 yaşlı vəziyyətin. O şəkildə olan birinə şəxsiyyət vəsiqəsi vermək olarmı? Xanım Klinton da, ziyalılar da elə bunu deyir: “Olmaz!!!”.