rovnaq

Rövnəq Abdullayev Əlixan Məlikova vəzifə verir?

«Azəriqaz»ın sabiq sədrinin Zülfüqarlı qardaşlarını zərbə altında qoyduğuna görə mükafatlandırıldığı deyilir

“Azəriqaz” QSC-nin sabiq sədri Əlixan Məlikov yenidən vəzifəyə gedir. Bu barədə “Bizimxəbər” xəbər portalı məlumat yayıb. Məlumatda deyilir ki, Əlixan Məlikova Azərbaycan Dövlət Neft Şirkətində vəzifə veriləcək. “Azəriqaz”ın sabiq sədrinə yenidən etimad göstərilməsi onun “Xəzər boru” zavodu ilə yaranmış mübahisədə susmasıdır. Oxucuların diqqətinə çatdıraq ki, bu zavod iş adamları Zülfüqarlı qardaşlarına məxsusdur. Lakin Əlixan Məlikovun da adıçəkilən zavodda payı var. Hələ bir müddət əvvəl Zülfüqarlı qardaşlarına “Xəzər boru” ilə bağlı təzyiqlər olanda Əlixan Məlikov zavoddakı payından imtina etmişdi. Indi “Azəriqaz”ın sabiq sədri bunun müqabilində bir növ mükafatlandırılır.
Məlumatda o da bildirilir Əlixan Məlikova vəzifə təklifi konkret bir şəxsdən gəlib. Bu şəxsin ARDNŞ prezidenti Rövnəq Abdullayev olduğu ehtimal edilir. Həmçinin vurğulanır ki, Əlixan Məlikovun “Xəzər boru” məsələsində Zülfüqarlı qardaşlarını zərbə altına qoyduğuna görə onlarla münasibətləri gərginləşib.