«Əl-Qüds ordusu» Azərbaycanda təşkilatlanır
Sülhəddin Əkbər: «Azərbaycanda bu qrupların fəaliyyət göstərməsi potensial təhlükədir»
ABŞ-da Nümayəndələr Palatası, Milli Təhlükəsizlik üzrə Alt Komitə, terrorizmə qarşı mübarizə və kəşfiyyat proqramı, Nəzarət, Araşdırmalar və Idarəetmə üzrə Alt Komitəsinin keçirdiyi birgə dinləmələr zamanı Iranın xarici siyasət aləti kimi terrorizmdən istifadə edilməsi mövzusu müzakirə olunub. Müzakirə zamanı “Hizbullah” yaraqlılarının Israilin marağında olan bir sıra obyektə hücumuna diqqət yönəldilib.
Qeyd olunub ki, son illər onlar Azərbaycan, Türkiyə və Misirədək nəhəng məkanda fəaliyyət göstərirlər. Iran yaraqlılarının terror əməliyyatları “Əl-Qüds ordusu” təşkilatının üzvləri ilə birgə həyata keçirilir. Məlum olub ki, “Əl-Qüds ordusu” xaricdə, ilk növbədə Azərbaycanda və Türkiyədə bir neçə uğursuz cəhd həyata keçirib. Iranın Azərbaycanda bu kimi addımları başqa hansı ağır nəticələrə səbəb ola bilər?
Xatırladaq ki, “Əl-Qüds ordusu” “Fələstin islam cihadı” təşkilatının hərbi qanadıdı. Əsas məqsədi cihad yolu ilə Israilin məhvinə nail olmaqdı. Qərb dünyası ilə əlaqələri olan ərəb ölkələrinə mənfi münasibət bəsləyən bu təşkilatı ABŞ, Avropa Ittifaqı, həmçinin dünyanın bir çox dövlətləri terror təşkilatı kimi tanıyıb.
Lakin bu təşkilat barədə fərqli məlumatlar da var. Məsələ ilə bağlı fikirlərini bildirən təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbərin sözlərinə görə, “Əl-Qüds ordusu” Iran Islam Inqilabçıları Keşikçilərinə tabedi. Bu qurumun rəhbəri isə öz növbəsində Iranın ali dini rəhbərinə tabedi.
Ekspert “Əl-Qüds ordusu”nun Azərbaycanda təşkilatlanması barədə məlumatların yeni olmadığını deyir. Azərbaycan xüsusi xidmət orqanlarında bu barədə kifayət qədər məlumatlar vardı: “Bu, Iranın ən təhlükəli hərbi qruplaşmalarından biridi. Eyni zamanda digər hərbi qruplaşmalarından xeyli təminatlıdı. Ümumiyyətlə, Islam Inqilabı Keşikçiləri Korpusu bir çox parametrlərinə görə Iranın ordusundan daha güclüdü. Bu baxımdan Azərbaycanda bu qrupların fəaliyyət göstərməsi potensial təhlükədir”.
Ekspertin sözlərinə görə, araşdırmalar göstərir ki, ən aqressiv fəaliyyət göstərən, xüsusən də məxfi əməkdaşlığa cəlb etmək işi aparan məhz bu qruplaşmadır.
Fizzə



