İrandan Azərbaycana yeni ittiham

““Mossad”, Mərkəzi Kəşfiyyat İdarəsi və Mİ 6 Azərbaycanda casus mərkəzləri təsis edib İran barədə məlumat toplayırlar”

İran parlamentinin üzvü Qərb və İsrail xüsusi xidmət orqanlarının Azərbaycan ərazisində İrana qarşı fəaliyyət göstərdiklərini bəyan edib. APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, iranlı deputat Zöhrə Elahian bildirib ki, “Mossad” (İsrail), Mərkəzi Kəşfiyyat İdarəsi (ABŞ) və Mİ 6 (Britaniya) Azərbaycan, Türkmənistan və İran İslam Respublikası ilə həmsərhəd olan digər ölkələrdə casus mərkəzləri təsis ediblər və İran barədə məlumat toplayırlar. O qeyd edib ki, bu mərkəzlər İranla sərhəd bölgələrində yerləşdirilib. Zöhrə Elahian deyib ki, bu mərkəzlər İran vətəndaşlarına və İran dövlətinə qarşı təxribatlar təşkil edir.

Zöhrə Elahian