Anar da Ramiz Mehdiyevə “ilişdi”

“Kitab məsələsində isə maddi maraqlar var idi. Latın əlifbasıyla kitabların nəşri məsələsini mən qaldırmışdım. Sonra nəsə hesab olundu ki, Yazıçılar Birliyi bu prosesdən uzaqlaşdırılsın”. Azərbaycan Yazıçılar Birliyinin(AYB) sədri Anar bu fikirləri “Yeni Müsavat”a müsahibəsində deyib.

Müsahibədə məhz bu fikirlər ona görə diqqətimizi cəlb edib ki, AYB sədri əslində bununla Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevə “ilişib”. O, ad çəkməsə də kitabların latın əlifbası ilə nəşri məsələsində AYB-nin kənarda saxlanılması məhz Ramiz Mehdiyevin əməyi olub. PA-nın şöbə müdiri Fatma Abdullazadə kitabların nəşrini Anarın nəzarətindən çıxarıb. Bu, həm də xeyli maliyyə vəsaitinin AYB sədrinin əlindən çıxması deməkdir. Görünür, Anar hələ də Ramiz Mehdiyevin bu addımını həzm edə bilməyib. Ona görə də müsahibədə bu məsələyə də toxunub. Amma həmişə olduğu kimi bu dəfə də ad çəkməkdən ehtiyat edib.