Amerikalı analitik: «Vasitəçilik missiyası tərəqqiyə nail ola bilmirsə, danışıqların nəticəsi gözlənilməz ola bilər»
“Dağlıq Qarabağla bağlı yeni müharibə bu problemə aidiyyəti olan hər kəs üçün fəlakət olacaq və çox güman ki, burada qazanan yalnız öz yeni imperiya ideyalarını həyata keçirməyə çalışan Rusiya olacaq”.
Bu sözləri ABŞ Quru Qoşunları Hərbi Kolleci Strateji Araşdırmalar Institutunun professoru Stefen Blank deyib. Professor Blank Dağlıq Qarabağ sülh prosesi ilə bağlı son analizində qeyd edib ki, danışıqlardakı son uğursuzluqlar təəccüb doğurmur(APA). “Lakin Qafqazda hazırkı tendensiyalardan belə fikrə gəlmək olur ki, əgər vasitəçilik missiyasının fəaliyyətində tərəqqi hiss olunmursa, danışıqların nəticəsi daha gözlənilməz ola bilər”.