Söhbət boks üzrə çempion olmuş Co Freyzerdən gedir. Məhəmməd Əli ilə üç tarixi rinqi reallaşdıran “Smoking Co” ləqəbli Freyzerin 67 yaşında qaraciyər xərçəngindən vəfat etdiyi bildirilir.
Məhəmməd Əli 1971-ci ildə rinqdə qarşılaşdığı Co Freyzerin son raunddakı yumruğu ilə yerə yıxılmışdı. Həmin döyüş boks tarixinə düşən səhnələrdən biridir. Yeri gəlmişkən, Conun çəkisi ağır çəki standartlarına uyğun gəlmirdi. Buna baxmayaraq, o, sərt yumruqlarıyla rəqiblərinə qalib gəlməyi bacarırdı.
Məhəmməd Əliyə qalib gələn boksçu öldü
•
•