Qəzzafi qisas üçün 28 milyon ayırıb

Polkovnik beynəlxalq terrorçularla görüşü zamanı “rejimin süqutundan sonra intiqam” adlı plan təklfi edib

Liviyanın öldürülmüş diktatoru Müəmmar Qəzzafi hələ sağ olarkən ərəb və Avropa ölkələrindən rejimin devrilməsinə görə intiqam almağı planlaşdırırmış. 6 ay bundan öncə Qəzzafinin Tripolidəki iqamətgahında beynəlxalq terrorçuların görüşü olub. Görüş zamanı diktator “rejimin süqutundan sonra intiqam” adlı plan təklif edib.

“Asharq Al-Awsat” qəzetinin yazdığına görə, həmin plan
Liviyada, həmçinin Liviyada üsyanı dəstəkləyən ərəb və Avropa ölkələrində terrorların həyata keçirilməsini nəzərdə tutur. Bunun üçün Qəzzafi 28 mln. dollar ayırıb. Xəbəri Ərəb əmək təşkilatının keçmiş baş katibi İbrahim Kuveydir də təsdiqləyib: “6 ay əvvəl Bab əl Əziziyədəki iqamətgahda Qəzzafinin beynəlxalq terrorçularla görüşü keçirilib. Görüş zamanı Qəzzafi tərəfindən “rejimin süqutundan sonra intiqam” adlı plan irəli sürülüb”.