İlin dünya gözəli seçildi

“Dünya gözəli 2011” artıq məlum oldu. 22 yaşlı Venesuela təmsilçisi İvian Lunasol Sarkos Kolmenares bu ilin dünya gözəli seçilib. Müsabiqədə Sarkos Kolmenares rəqibləri- ikici yerə layiq görülən filippinli və üçüncü yerin sahibi puerto rikalı gözəlləri geridə qoya bilib.

Qeyd edək ki, sayca 61-ci olan müsabiqə Londonda keçirilirdi. Bu gözəllik yarışmasında rekord həddə 122 nəfər gözəl iştirak edib. İlkin məlumatlara görə, Londondan yayımlanan gözəllik müsabiqəsini canlı olaraq dünyanın 150 ölkəsindən milyarddan çox tamaşaçı izləyib.
“Dünya gözəli-2011” İvian Lunasol Sarkos Kolmenares gəlincə isə Heyətin idarəolunması ixtisasına sahibdir, hazırda Venesuela teleradio şirkətində çalışır. Gələcək arzusu uşaqlarla işləməkdir. Ən maraqlısı isə odur ki, yeni Dünya gözəli çoxuşaqlı ailənin övladıdır, onun 12 bacı-qardaşı var (ans press).