Artıq bir neçə gündür davam edən anomal hava şəraiti bu gün Bakıda qarla müşayiət olunub. Erkən saatlardan yağan qar güclü şimal küləyi ilə müşaiyət olunur. Paytaxtın bəzi yerlərində çovğun əlamətləri var. Bir çox ərazilərdə qar örtükləri yaranıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, kəskin soyuq hava şəraiti gün ərzində davam edəcək. Fasilələrlə yağıntı olacaq, bəzi yerlərdə intensivləşəcək. Güclü şimal-qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə və gündüz 0-4 dərəcə isti olacağı gözlənilir.
Bakıda qar güclü başladı
•