Ömrünü Haqq yoluna həsr edənlər Haqqa qurban olurlar
«Sən zalımsan» deyə bildik və bunun üçün də burdayıq… Qurban – inanmışların bayramıdır, könüldə yaşananda, duyğulara hopanda bayram olur.ÿQurban kəsmək -ÿqurban olmaq yolunda məsafə qət etməkdir. Hər kəs öz sevgisinin, vazkeçilməzinin qurbanıdır, kimi Allahın, kimi ağasının, kimi pulunun, kimi kreslonun…
Qurban – yaxınlaşmaqdır, gerçək anlamında bəndənin Allaha yaxınlaşması.ÿQuran bildirir ki, Allah bizə boynumuzun şah damarından daha yaxındır. Amma bu həqiqət heç də o anlama gəlməz ki, biz də bizə boynunmuzun şah damarından daha yaxın olan Allaha yaxınıq.
Allaha yaxın olmaq Onun bizdən istədiklərini yerinə yetirməklə, həyatımızı Onun dilədiyi kimi yaşamaqla, Onun yolunu tutmaqla mümkün olur. Bu yol meydandan da keçər, məhbəsdən də, kürsüdən də…
Haqq üçün savaşanlar, savaşını başqalarının təqdirinə deyil, Allahın istəyinə bağlayanlar qurban ola bilirlar.
Qurban olmaq – təmənnasızlıqdır, gözünü insandan yığıb, Allaha dikməkdir, fanidən qopub Baqiyə, Əbədiyə bağlanmaqdır.
Qurban olmaq – həm də şəhid olmaqdır, şəhid olmaq şahid olmaqla mümkündür, Allaha və Allahın buyurduqlarına şahid olmaqla.
Qurban olmaq -ÿheyvan kəsməklə olmur,ÿömür verməklə olur. Ömrünü Haqq yoluna həsr edənlər Haqqa qurban olurlar, zülmün tərəfini tutanlar, zalıma məddahlıq edənlər, şərə-şeytana kölə olanlar şeytana və cəhənnəmə qurban olurlar.Bu il bu gözəl Bayramı ağzı qapalı dörd divar arasında qarşılamaq yazıldı qismətimizə. Zülmün sarayları işğal elədiyi yerdə bizə də məhbəs küncü düşər. Amma könlünü Allaha vermişin əli-ayağı qandallansa belə yenə azaddır, həm də çoxlarının təsəvvür eləmədiyi qədər azad.
Islamda ən böyük günahlardan biri cihaddan qaçmaqdır, cihadsa Haqq uğrunda savaşmaqdır, Peyğəmbər əleyhissəlamun buyruğuna görə, zalım idarəçinin, rəhbərin qarşısına çıxıb “Sən zalımsan” deyə bilməkdir. Biz bunu elədik və bunun üçün də burdayıq, halımızdan da şikayətçi deyilik. Axirətini dünyasına, Haqqı batilə dəyişənlərin, Allahına qul olmaq yerinə ağasına kölə olanların vay halına!
Azadlıq əlini-qolunu yelləyə-yelləyə gəzmək, istədiyini eləmək deyil ki…ÿAzadlıq – Allahın istədiyi kimi ola bilmək, ən azı olmağa çalışmaqdır.ÿSabah Qurban Bayramıdır. Kəbədə hər cür ehtişamdan, sərvətdən, imtiyazdanÿsıyrılıb kəfən kimi ağ örtüyə bürünərək rəmzi də olsa axirət duyğuları yaşayan qardaş-bacılarımız “Əmrindəyəm, Allahım! Hüzurundayam, Allahım! Sənə gəldim, Səndən mərhəmət diləyirəm, Allahım!” (Ləbbeyk, Allahummə ləbbeyk) – deyərək yeri-göyü inlədəcəklər. Dünyanın hər yerində Allah rizasından (Allahın razılığı, məmnunluğu) başqa təmənnası olmayanlarımız da kəsdikləri qurbanlarla həm bu ibadətə, bu nidaya dəstək verəcək, həm də axıtdıqları qurban qanı ilə dünyamızda neçə bəlanın qarşısının kəsilməsinə səbəb olacaqlar.
Sabah Qurban Bayramıdır. Hər birinizin bayramını ən səmimi duyğularımla təbrik edir, “Allah bizlərə Quran nurunda Qurban məqamına yüksəlməyi nəsib eləsin! – deyirəm.
Böyüklərimizin əllərindən, kiçiklərimizin gözlərindən öpürəm. Qurban Bayramınız mübarək olsun!!!
Cihad Haqq uğrunda savaşmaqdır
•