İradə Cavadova: «Onların məmur özbaşınalığına məruz qalmasını beynəlxalq aləmə çıxarmaq üçün tədbirlər hazırlanır»
“Insan Hüquqları üzrə Maarifləndirmə” Ictimai birliyi Zülfüqarlı qardaşlarının məmur özbaşınalıqlarına məruz qalması faktlarını beynəlxalq aləmə çıxarmaq üçün tədbirlər planı hazırlayır. Bu xəbər “Turan”a qurumdan məlum olub.
Qurumun rəhbəri Iradə Cavadova BMT və ATƏT-ə hazırlayacaqları hesabatda bu məsələyə xüsusi önəm verəcəklərini bildirib. Birlik kiçik və orta sahibkarların müdafiəsi ilə bağlı ATƏT-lə birgə hesabat hazırlayır. Həm də BMT-nin Insan Haqları Komitəsinə, sosial-iqtisadi və mədəni hüquqlara dair Azərbaycan hökumətinin təqdim etdiyi hesabata alternativ hesabatlarda bu məsələ əksini tapacaq.
Minə yaxın sahibkar hüquqlarının tapdanması ilə bağlı birliyə müraciət edib. Vaxtilə Azərbaycanda məşhur iş adamı olmuş Nurəddin Zülfüqarlının da müraciəti bu sıradadır.
Birlik iş adamlarına qarşı təkcə Zülfüqarlı qardaşlarına yox, ictimaiyyətə zərbə sayır. Bu qanunsuzluq nəticəsində minlərlə sadə vətəndaşın işsiz qaldığı vurğulanır. Birlik Zülfüqarlılara qarşı qanunsuzluqları əks etdirən sənədlər əsasında öncə ölkə prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Idarəsinə müraciət etməyi nəzərdə tuturlar. Birlik iş adamlarına qarşı olan qanunsuzluğun məmur sifarişi, yoxsa adi səhv olmasını müəyyənləşdirmək istəyir. Birlik bu sahibkarların hüquqlarının kobud şəkildə pozulmasını iddia edir. Bundan irəli gələrək birlik məsələnin araşdırılaraq beynəlxalq qurumlar qarşısında qaldırılmasında israrlı olduğunu qeyd edir. Birlik rəhbərliyi bu məsələnin BMT Insan Haqları Komitəsinin iqtisadi-sosial və mədəni hüquqlara aid beynəlxalq paketində öz əksini tapmalı olduğunu nəzərə çatdırır.