Araz Əlizadədən Elman Məmmədova sərt cavab

«Öncə aldığı rüşvətə, etdiyi xəyanətlərə görə millətdən üzr istəsin, sonra bu cür açıqlama versin»

Eks-prezidentlik statusu haqqında qanunun müzkirəsi zamanı gedən qızğın müzakirələr, bu qanunun qəbulundan sonra da davam etməkdədir. Xocalı rayonunun icra başçısı olmuş Elman Məmmədovun sözlərinə görə, Ayaz Mütəllibov indiyə qədər xocalılardan üzr istəməyib. Ona görə, A.Mütəllibova eks-prezidentlik statusunun verilməsi yanlışdır: “Bu böyük qəbahətdir. Mən milli barışığın və humanizmin əleyhinə deyiləm. Amma heç kimin üzərindən bu günah elə-belə götürülməməlidir”.
E.Məmmədovun söylədiklərinə geniş şərh vermək istəməyən ASDP sədri Araz Əlizadənin açıqlaması lakonik oldu: “Təklif edərdim ki, Elman Məmmədov öncə aldığı rüşvətə, etdiyi xəyanətlərə görə millətdən üzr istəsin, sonra bu cür açıqlama versin”.

Hikmət